2007-ci ildə "Miss İtaliya" gözəllik müsabiqəsinin qalibi 28 yaşlı Cesika Notaro keçmiş sevgilisinin hücumuna məruz qalıb.
29 yaşlı keçmiş sevgilisi Edson Tavares İtaliya gözəlinin üstünə "kislota" töküb. Dəhşətli hadisə gənc qızın evinin yaxınlığında baş verib. Gözlərindən və ayaqlarından yanıq yaraları alan Notaro təcili xəstəxanaya çatdırılıb. Həkimlər gənc qızın görmə qabiliyyətini itirməməsi üçün əllərindən gələni edirlər.
Polis artıq cinayətkar sevgilini həbs edib.//milli.az
7News.az










