RU
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
17:10
32

Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR

Sankt-Peterburqda qadın keçmiş sevgilisi tərəfindən ağır hücuma məruz qalıb.

7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sergey adlı şəxs keçmiş sevgilisinin yaşadığı mənzilə zorla daxil olaraq onun üzərinə azot turşusu töküb.
 
Bundan əlavə, o, qadına bir neçə bıçaq xəsarəti yetirib və diz nahiyəsindən odlu silahla yaralayıb.

Xəstəxanaya yerləşdirilən qadında bədəninin 32 faizində - üz, baş, sinə və ətraflarda ağır yanıq xəsarətləri aşkarlanıb. Turşunun gözün buynuz qişasına ciddi zərər vurması nəticəsində, infeksiyanın yayılma riski səbəbindən onun bir gözü cərrahi yolla çıxarılıb.

Həkimlərin məlumatına görə, zərərçəkmişi qarşıda bir neçə dəri köçürmə əməliyyatı, göz protezləşdirilməsi və uzunmüddətli reabilitasiya gözləyir.

Sonradan məlum olub ki, Sergey daha əvvəl də başqa bir keçmiş sevgilisini izlədiyinə görə məhkum edilib.

Faktla bağlı "qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. Hücum edən şəxs saxlanılıb.
 

 

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ