RU
Keçmiş sinif yoldaşları ƏKİZ BACI-QARDAŞ ÇIXDILAR - VİDEO
17:40
605

Keçmiş sinif yoldaşları ƏKİZ BACI-QARDAŞ ÇIXDILAR - VİDEO

Amerikanın İndiana ştatından olan keçmiş sinif yoldaşları uşaqlıqda ayrı düşən əkiz olduqlarını illər sonra öyrəniblər.

7News.Az xəbər verir ki, bu barədə UPI yazır.

 

Belə ki, bir neçə il öncə ştat rəhbərliyi övladlığa götürmə haqqında məlumatları ictimaiyyətə açıq elan etdikdən sonra 51 yaşlı Karen Uorner bioloji anasının adını öyrənə bilib.

Məlum olub ki, qadının qardaşı var. Karen saytlar vasitəsi ilə qardaşını tapmağa çalışsa da, haqqında heç bir məlumatı olmadığı üçün bütün səyləri nəticəsiz olub.

Daha sonra səsvermə haqqında informasiya əldə edən qadın onunla eyni gündə doğulan üç kişinin adını öyrənib. Onlardan biri Uornerlə bir sinifdə oxuyan Mayk Cekmen olub.

Qadın Cekmenlə "Facebook"da əlaqə saxlayaraq onların əkiz bacı-qardaş olma ehtimalını açıqlayıb.

DNT testi bu ehtimalı təsdiqlədikdən sonra əkizlər hər gün danışır və həftədə bir neçə dəfə görüşürlər.

"Bu, həyatımda varlığından xəbərim olmayan bir boşluğu doldurdu", - deyə Cekmen fikirlərini ifadə edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ