7NEWS.az xəbər verir ki, dərslərdə motivasiya və tədqiqatın aparılması mərhələsinin təşkili üçün əlverişli üsulların tətbiqini təmin etmək naminə "Sənayenin təşkili və idarə edilməsi” ixtisasının digər qrup tələbələri ilk ekskursiya zamanı aldıqları təcrübəni daha da genişləndirmək məqsədilə 28 noyabr 2019-cu il tarixdə Mingəçevir Tekstil Fabrikinə yenidən müraciət etmişlər. İxtisaslarının təcrübə obyekti hesab olunan Mingəçevir Tekstilin fəaliyyət mexanizmi ilə tanış oldular. Tələbələrin "Keçmişə baxış və gələcək perspektivlər” adı altında hazırladıqları təqdimat xarakterli videoçarx keşmişi unutmadan gələcək perspektivlərin qurulması şüarı altında respublikanın IV iri sənaye şəhəri hesab olunan Mingəçevir şəhərində uzun illər fəaliyyət göstərən Mingəçevir Toxuculuq Kombinatının istehsal prosesini araşdıraraq keçmişlə müasir dövrü müqayisə etmişlər. Eyni zamanda, əl əməyinin avtomatlaşdırılmış istehsal xətti ilə əvəz edilməsinin geniş tətbiqi barədə müzakirələr aparılaraq əhəmiyyətini qeyd etmişdilər. Qısa metrajlı film hesab olunan videoçarxı seyr edərkən tələbəkərdəki motivasiya nəzərdən qaçmadı. Müəssisə rəhbəri tələbələrin bu əməyini qiymətləndirərək videoçarxın ərsəyə gəlməsində əziyyəti olan bütün iştirakçıları fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif etdi. Sonda tələbələr şəxslərinə göstərilən diqqət və qayğıdan əlavə müəssisə rəhbərinin səmimi davranış və diskusiyalarından məmnunluqlarını bildirərək fabrikin başda rəhbəri olmaqla bütün əməkdaşlarına minnətdarlıqlarını bildirdilər. Eyni zamanda, yeni layihələr üzərində fikir mübadiləsi yaratdılar. Bu çarxda şəhər sakinləri ilə yanaşı, digər bölgə vətəndaşları da Mingəçevir Tekstil haqqında ətraflı məlumat alacaqlar. Digər tərəfdən gündən-günə böyüyən və inkişaf edən sənaye şəhəri haqqında insanların məlumatlandırılması baxımından böyük rol oynayır.
Məlumat üçün qeyd edək ki, videoçarxın ideya və ssenari müəllifi Mingəçevir Dövlət Universiteti, İqtisadiyyat və idarəetmə fakültəsinin tyutoru İlhamə Məmmədovadır.
7NEWS.az








