RU
Kəlbəcər sakini Goranboyda minaya düşüb
14:43
118

Kəlbəcər sakini Goranboyda minaya düşüb

Goranboyda 45 yaşlı kişi minaya düşüb.

Hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ