RU
Kəlbəcərdə Ağduzdağ və Daşkəsəndə Qaşqaçay yataqlarının istismarına başlanılıb
17:50
116

Kəlbəcərdə Ağduzdağ və Daşkəsəndə Qaşqaçay yataqlarının istismarına başlanılıb

"Kəlbəcərdə Ağduzdağ və Daşkəsən ərazisində Qaşqaçay yataqlarının artıq istismar mərhələsinə başlanılıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, ölkədə dağ-mədən sənayesinin yüksəlməsi istiqamətində işlər davam edəcək:

"Azad olunan ərazilərdə 800-ə yaxın filiz, qeyri-filiz yataqları mövcuddur. Yaxın gələcəkdə mineral xammal bazası rolunu oynayacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ