RU
Kəlbəcərdə dəmiryol xəttinin topoqrafiya planlaması yekunlaşıb
20:25
108

Kəlbəcərdə dəmiryol xəttinin topoqrafiya planlaması yekunlaşıb

Kəlbəcər dəmiryolu xəttinin peyk vasitəsilə topoqrafiya planlaması işləri başa çatdırılıb.

7NEWS.Az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Hesabatda qeyd edilib ki, 88,08 km uzunluğunda yolun konseptual layihəsi hazırlanıb və dəmiryolu xətti üzrə təxminən 220-ə yaxın süni mühəndis qurğuların, o cümlədən 26 körpünün, 3 tunelin, 3 viadukun, 14 avtomobil alt keçidinin, 4 üst keçidinin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ