RU
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapıldı - YENİLƏNİB
19:10
830

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapıldı - YENİLƏNİB

Kəlbəcərdə göldə batan hərbçinin axtarış işləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən xəbərə görə, axtarışda olan 40 yaşlı Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


10:51

Kəlbəcərdə göldə batan şəxsin axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 40 yaşlı Fərzəliyev İlham Allahverdi oğlu batıb. Bu barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub.

Hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, İlham Fərzəliyev Müdafiə Nazirliyinin əməkdaşıdır. Dünən onun Alagöldə batıması barədə nazirliyin məlumatını vermişdik.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ