RU
Kəlbəcərdə inşaat şirkətinin yük maşını qaçırıldı
13:30
253

Kəlbəcərdə inşaat şirkətinin yük maşını qaçırıldı

Kəlbəcər rayonu ərazisində inşaat şirkətinə məxsus "HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

7News.Az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.

Avtomobil şirkətə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ