RU
Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölənlər və xəsarət alan var
13:00
58

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölənlər və xəsarət alan var

Kəlbəcər rayonunda tikinti şirkətlərindən birinin əməkdaşları yol qəzasına düşüblər, iki nəfər ölüb, bir nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə Qamışlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Elçin Nadirovun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sərnişinlər - 1961-ci il təvəllüdlü Mirabbas Məmmədov və 1977-ci il təvəllüdlü Ramin Şahnəzərov aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişiblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ