BQXK-nin təmsilçiləri Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkiblər.
Beynəlxalq Qızı Xaç Komitəsinin əməkdaşları 19 sentyabr tarixində Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər.
Onlara ailə məlumatları çatdırılıb və ailələri üçün də onlardan məlumat alınıb.
“Mandatına uyğun olaraq, BQXK mütəmadi şəkildə onlarla rəftarın monitorinqini aparmaq, saxlanma şəraiti ilə tanış olmaq və onların ailələri ilə əlaqə saxlamaq üçün kömək etmək məqsədi ilə bu şəxslərə baş çəkəcək” - deyə missiyanın mətbuat katibi Eteri Musealyan deyib.
Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov 2014-cü il iyunun 29-da Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda əzizilərinin qəbrini ziyarət etməyə gediblər. Bu zaman ermənilər Həsən Həsənovu öldürüb, Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürüblər./oxu
7news.az








