"Hörmətli media nümayəndələri! Nəzərinizə çatdırım ki, biz 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşmüşük və həmin ildən Sumqayıt şəhəri 12 –ci m/r ev 1/2 –nin 3-cü blokunda 18 ailə məskunlaşmışıq. Bizim məskunlaşdığımız ildən həmin mənzillərin heç birinin əsaslı orderi olmayıb, evlər dövlətin balansında olub. Bundan 10 il ötəndən sonra Sumqayıt şəhər Evlər İdarəsi qərəzli olaraq təkcə bizim yaşadığımız mənzili yerli vətəndaşa sataraq onun adına order verib və özəlləşdiriblər. Biz yerli icra orqanlarına müraciət etsək də, müraciətimizə baxan olmayıb və bir vətəndaş kimi, bizim hüquqlarımızı tapdalayıblar.
Məhkəmələrə müraciət etdik – lakin şikayətimiz öz həllini tapmadı, çünki icra orqanlarından şikayət etmişdik və bizə bildirdilər ki, siz qaçqın olduğunuza görə iddia qaldıra bilməzsiniz, iddianı yalnız yerli vətəndaş qaldıra bilər. Biz Ulu Öndər Heydər Əliyevin 17 sentyabr 1998-ci il 895 saylı sərəncamını əsas tutaraq, onlara iradımızı bildirdik. Lakin bu sərəncama əhəmiyyət verən olmadı, icra nümayəndələri bizə dedilər ki, sizi evdən çıxardan yoxdu gedin oturun evinizdə.
Artıq 23 il ötüb həmin vətəndaş bizi yenidən məhkəməyə verdi və məhkəmə qərar çıxardı ki, evi boşaltmalısınız.Biz Kəlbəcər rayonunun işğaldan azad olunmadığını və başqa yaşayış yerimizin olmadığını bildirsək də məhkəmə belə bir qərar verdi.Görünür, məhkəmə də icra orqanları da bir – birinə bağlıdı.Mənim balalarımın, körpə nəvələrimin taleyi nə icra, nə də məhkəmə orqanları üçün maraqlı deyil.Qışın bu şaxtasında qaçqın olduğumuza görə küçələrdə qalmalıyıq.Bu gün H.Əliyev kimı dahi şəxsyyətin verdiyi sərəncama və cənab Prezident İlham Əliyevin sərəncamlarına əhəmiyyət vermədən bu qanunsuzluqları yerli icra orqanları həyata keçirir. Qaçqının qaldığı mənzili yerli vətəndaşa satır və sonradan məhkəmə vasitəsiylə evdən çıxardılır.
Keçmiş İcra hakimiyyətinin müavini Taryel Hacıyevin bizə ünvanladığı məktubda bildirilir ki, nə vaxt Qarabağ məsələsi öz həllini taparsa və sizə yeni yaşayış ünvanı verilərsə, o zaman siz mənzildən çıxarıla bilərsiz.Bu günkü qətnamədə bu sözlər öz əksini tapmır.Görünür Sumqayıt məhkəməsi bu işi araşdırmadan kimlərinsə xeyirinə qərəzli olaraq belə bir qəraq verir.
Sizə öncədən təşəkkürümü bildirirəm. Güman edirəmki bu məsələni araşdıracaq və öz sayıtınızda işıqlandıracaqsınız. Hörmətlə, Ərkinaz Əliyeva (mobil telefon: 070 334 04 06)”.
Redaksiya qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırdır!
http://www.aktor.az/wp-content/uploads/2016/12/15301240_886336448169038_1396156027_n-225x300.jpg 225w" sizes="(max-width: 360px) 100vw, 360px" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; font-style: inherit; font-variant: inherit; font-weight: inherit; font-stretch: inherit; font-size: inherit; line-height: inherit; font-family: inherit; vertical-align: baseline;" />
http://www.aktor.az/wp-content/uploads/2016/12/1-225x300.jpg 225w" sizes="(max-width: 360px) 100vw, 360px" style="margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; font-style: inherit; font-variant: inherit; font-weight: inherit; font-stretch: inherit; font-size: inherit; line-height: inherit; font-family: inherit; vertical-align: baseline;" />








