16 Yanvar 2017-ci il tariixndə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən müxtəlif sosial problemlərin həllinə köməklik göstərməsi ilə bağlı müraciətlər etmiş Kəlbəcər rayonunun bir qrup sakini ilə növbəti görüş keçirilib.
Görüşü keçirən Millət vəkili Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov
bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin
düşən qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması hər
zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. Əsası Ümummilli Lider
Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət öz bəhrəsini verməyə başlayan
andan dövlət tərəfindən, digər sahələrdə olduğu kimi, qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsilə də bağlı geniş tədbirlər həyata keçirilir. Ulu
Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirilən Azərbaycan
Prezidenti İlham Əliyevdə bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin
problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu qeyd edir. Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında
çıxışı zamanı dövlət başçısı köçkünlərin problemlərinin daim diqqət mərkəzində
olduğunu deyib: Bildirmişdir ki, keçən il məcburi köçkünlərin problemlərinin
həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu
proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən
gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da
yaxşılaşdıraq.
Görüşdə 78 nəfər Kəlbəcər rayon sakinləri iştirak edib. Sakinlər onları narahat
edən, xüsusən bəzi sosial problemləri ilə bağlı müraciət ediblər. Onların hər
birinin müraciətləri qeydə alınmış, bəziləri yerindəcə həll olunmuş, digərləri
isə əlaqədar qurumlara ünvanlanmışdır.
Kəlbəcər rayon sakinləri onların problemlərini daim diqqətdə saxladğına
görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqalrını ifadə etmişlər.
Məcburi köçkünlər vurğuladılar ki, möhtərəm prezidentimiz İlham Əliyevin
apardığı uğurlu siaysət nəticəsində torpaqlarımız işğaldan azad olacaq və biz
öz dədə-baba yurdlarımıza qayıdacağıq.








