RU
Kəmaləddin Heydərov
12:23
2156

Kəmaləddin Heydərov

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin inzibati hissəsinin əsaslı təmirdən sonra açılışı olub. 

7News.Az-ın məlumatına görə, açılış mərasimində fövqəladə hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov da iştirak edib. Tədbirdə idarənin iş fəaliyyəti barədə jurnalistlərə ətraflı məlumat verilib. Bildirilib ki, idarədə yeni proqram təminatı mövcuddur, "112 xidmətinə" əhalidən daxil olan zənglərin daha operativ cavablandırılması üçün hər cür şərait yaradılıb. Həmçinin, "112 xidmətinin" anderoid versiyası da istifadəyə verilib.

Bu gün Fövqəladə Hallar Nazirliyinin saytının yeni versiyasının da təqdimatı olub.

7News.Az

 

 

 

 

 

 

 

 

  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ