RU
Kəmaləddin Heydərov AEBA nümayəndəsi ilə
15:06
746

Kəmaləddin Heydərov AEBA nümayəndəsi ilə

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, AEBA baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən nazir rəhbərlik etdiyi qurumun Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatının fəaliyyəti haqqında məlumat verib, AEBA ilə bir sıra əhəmiyyətli layihələrin həyata keçirildiyini xatırladıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ