RU
Kəmaləddin Heydərov Flora üçün mahnı bəstələdi
15:58
2084

Kəmaləddin Heydərov Flora üçün mahnı bəstələdi

Bəstəkar Kamal kimi məşhur olan, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib.

Bu barədə nəğməkar şair Baba Vəziroğlu məlumat verib. Şairin sözlərinə görə, müğənninin ifasında təqdim olunacaq mahnı gələn ayın sonuna kimi hazır olacaq. B.Vəziroğlu hazırda sözügedən mahnı üzərində iş getdiyini qeyd edib. Şair mahnının adını gizli saxlayıb.

Qeyd edək ki, K.Heydərov bəstəkar kimi uzun illərdir fəaliyyət göstəririr. Kamal ləqəbi ilə tanınan bəstəkar bir çox hit mahnıların müəllifidir./aznews

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ