RU
Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşdü
17:51
460

Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov noyabrın 7-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

 

FHN-dən verilən məlumata görə, səfiri səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, həmçinin, bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən İsrailin uyğun qurumları ilə uğurlu əməkdaşlıqdan ətraflı bəhs edib.

 

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Dan Stav İsrail Dövlətinin uyğun qurumlarının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırmış və bu istiqamətdə ölkəmizdə diplomatik fəaliyyəti müddətində səylərini əsirgəmədiyini bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ