RU
Kemeron və Merkel Rusiyaya qarşı birgə qərar verdilər
10:13
309

Kemeron və Merkel Rusiyaya qarşı birgə qərar verdilər

Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Devid Kemeron Minsk sazişi tam yerinə yetirilməyənədək Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildiriblər.

Bu barədə Almaniya və Böyük Britaniya liderləri Londonda keçirdikləri görüşdə razılığa gəliblər.

Devid Kemeron Normand formatı çərçivəsində əldə olunan irəliləyişi alqışlayıb, Angela Merkel və Fransa prezidenti Fransua Ollandın səylərini yüksək qiymətləndirib. Görüşdə Ukraynaya hərtərəfli dəstəyin vacibliyi xüsusilə vurğulanıb.

"Almaniya kansleri və baş nazir bu fikirdədirlər ki, Minsk sazişi tam olaraq yerinə yetirilməyənədək Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qüvvədə qalmalıdır", - Britaniya hökumətinin ofisindən bildirilib./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ