RU
17:27
1132

"KEMPO" üzrə 6-cı açıq Azərbaycan çempionatı keçiriləcək

02-03 aprel 2016- ci ildə Hövsan Olimpiya İdman Kompleksində "KEMPO" üzrə 6-cı açıq Azərbaycan çempionatı keçiriləcək.

Kempo təşkilatının mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata əsasən, iki gün davam edən yarışda Respublikanın - Ağcəbədi, Şəki, Sumqayıt, Neftçala, Qazax, İsmayıllı, Lökbatan, Ucar və Bakının müxtəlif idman klublarından idmançılar iştirak edəcək. Yarışda 1-ci yeri qazanan idmançılar (gənclər və böyüklər arasında həm Full həm də Submission versiyalarında) Avropa çempionatında iştirak edəcək.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ