RU
Kənan MM: Milyon belə versələr, kamera qarşısında heç bir qadının dodağından öpə bilmərəm
11:56
477

Kənan MM: Milyon belə versələr, kamera qarşısında heç bir qadının dodağından öpə bilmərəm

Rejissor Kənan MM filmlərdə öpüşmə səhnələrində heç vaxt rol almayacağını dilə gətirib. Rejissor bu sözləri deyib:

"Milyon belə versələr, kamera qarşısında heç bir qadının dodağından öpə bilmərəm. Kompleksim var, bu mümkün deyil. Əslində aktyorsansa, buna hazır olmalısan, amma məndə alınmır. Həm də Naxçıvanda böyüyüb boya-başa çatdığım üçün bu mənə uyğun deyil. Həm istəmirəm ki, elə səhnələrdə uşaqlarım məni görsün. Filmdə mütləq öpüşməli deyilsən ki. Ağlaya bilərəm, qışqıra bilərəm, amma öpüşə bilmərəm".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ