TANAP ilə əlaqədar.
Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) reallaşması üçün itiriləcək bir saniyə belə yoxdur. Bu məsələdə qəti bir fikir bildirmək mümkün deyil, amma komanda olaraq hər kəs əlindən gələni edəcək.
Bu sözləri “SOCAR Türkiyə Enerji A.Ş”-nın rəhbəri Kənan Yavuz bildirib.
TANAP layihəsinin Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində rolundan danışan Yavuz Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana səfəri zamanı Türkiyə və Azərbaycan arasında baş tutan görüşlərdə layihənin daha tez reallaşması üçün siyasi dəstəyin artırılması qərarı verildiyini bildirib.
Yavuz, bu qərarın layihənin icraçıları olaraq özləri üçün çox əhəmiyyətli olduğunu bildirərək qeyd edib ki, layihənin reallaşması ilə bağlı işləri yaxından izləyəcəyik:
“Biz onsuz da layihənin reallaşması ilə bağlı görülən işləri yaxından izləyirdik, ancaq bununla belə, bundan sonra layihəni daha yaxından izləyəcəyik.
Biz fərqindəyik ki, layihə nə qədər tez reallaşsa bir o qədər yaxşıdır.1800 kilometrlik xətt tender vasitəsilə ayrı-ayrı firmalara verilib ki onlar eyni zamanda işləyə bilsinlər. 365 gün 24 saat işləyəcəyik. İtirəcəyimiz bir saniyə belə yoxdur. Bu məsələdə qəti bir fikir bildirmək mümkün deyil, amma komanda olaraq hər kəs əlindən gələni edəcək”.
“Türkmənistan qazının da bu xəttdə qoşulması ilə TANAP-dan ötürülən qazın həcminin 31 milyard kub metrə çatdırılması mümkün olacaq”, - deyə K.Yavuz deyib./oxu
7news.az








