RU
Kənd ağsaqqalı: Ölkəmizin xoşbəxt gələcəyinə səs verdim
11:04
780

Kənd ağsaqqalı: Ölkəmizin xoşbəxt gələcəyinə səs verdim

Bu gün səhərdən 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin 11 saylı Daşdəmirbəyli seçki məntəqəsində böyük qələbəlik var. Səsvermə hüququ olan kənd sakinləri tam orta məktəbdə təşkil olunan məntəqəyə gəlir, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərə öz münasibətlərini bildirirlər. Konstitusion hüququndan istifadə edən kənd sakini, ağsaqqal Ağaveyis Abdullayev deyib: "80 yaşım var. Doğrusu, keçmişdə, yəni sovet hökuməti dövründə səsverməyə o qədər də marağımız yox idi. Əslində bunu bizdən heç istəmirdilər də. Amma Azərbaycanımız müstəqil olandan bəri mən, eləcə də bütün yaşlı sakinlər səsvermədə fəal iştirak edirik. Axı, istər yaşlı olsun, istərsə də gənc, hər kəs vətən, dövlət qarşısında məsuliyyət daşıyır. Konstitusiyamızda dəyişikliklərlə əlaqədar qabaqcadan paylanan müqayisəli təqdimatı oğlum mənə oxuyub. Bir az əvvəl mən də ölkəmizin xoşbəxt gələcəyinə səs verdim”./azertac
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ