RU
Kənd sakinləri pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO
11:20
277

Kənd sakinləri pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO

Taylandda yerləşən kəndlərdən birində sakinlər iki metrlik pitondan pişiyi xilas ediblər.

 

Bu barədə Lenta.ru məlumat yayıb.

Avtomobildə quraşdırılmış kamera tərəfindən qeydə alınan görüntülərdə iki metrlik pitonun ağ rəngli pişiyi boğmağa çalışdığı görünür. Lakin pişiyin köməyinə yerli sakinlər çatır. Onlardan biri var gücü ilə ilana təpik vursa da, bu fayda vermir. İlan yalnız dəmir dəyənəklərlə zərbələrdən sonra qurbanını buraxmalı olur.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ