RU
Kənd Təsərrüfatı Nazirliyindən yeni start-ap
20:07
871

Kənd Təsərrüfatı Nazirliyindən yeni start-ap

10 min nəfərin faydalanacağı dəyər zəncirləri maliyyələşdiriləcək.

Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, son istehlakçıya gedib çatdırılmasınadək maraqlı olan  qruplar bir araya gətirilərək maliyyələşdiriləcək.

7news.Az xəbər verir ki dəyər zəncirlərinin yaradılmasını ifadə edən bu iş Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə icra etdikləri “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində görüləcək.

Məqsəd rəqabətə davamlı məhsul istehsalı və tədarükü üçün Azərbaycana məxsus müasir model yaratmaq və həmin modeli bütün ölkədə tətbiq etməkdir. 

Layihənin xidmət təminatçısının seçimi artıq başa çatıb və maliyyə, satınalma kimi vacib prosedurlar üzrə təminatçını məlumatlandırmaq məqsədilə Gəncə şəhərində təlim keçirilib. 

Yaxın günlərdə xidmət təminatçısı dəyər zəncirlərini formalaşdıran qrupları seçib bir araya toplamaq üçün fəaliyyətə başlayacaq.  

Xidmət Təminatçısı rəqabətə davamlı  və ixrac qabiliyyətli  məhsulların geniş və müasir standartlara uyğun istehsalını təmin edə biləcək iştirakçıları müəyyən edərək, onları dəyər zəncirlərində  iştiraka dəvət edəcək.

Layihə çərçivəsində ölkə  ərazisində rəqabətə davamlı dəyər zəncirləri qurmaq məqsədi ilə  ən azı 20 məhsuldar tərəfdaşlıq təşkil etmək (20 dəyər zənciri yaratmaq) nəzərdə tutulur.

Bu dəyər zəncirlərinin ən azı 60%-də məhsuldarlığın dayanıqlı artımının təmin edilməsi qarşıya məqsəd qoyulub.
 
Dünya Bankı ilə birgə həyata keçirilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi kənd təsərrüfatı sahəsində  icrada olan Dövlət Proqramlarının müvəffəqiyyətlə həyata  keçirilməsinə yönəlib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ