RU
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsinə cinayət işi açıldı - ÖZƏL
16:43
426

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsinə cinayət işi açıldı - ÖZƏL

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Kərimov Vaqif Nofər oğluna qarşı cinayət işi açılıb. 

7News.Az-ın əldə etdiyi xəbərə görə, V.Kərimov külli miqdarda mənimsəmədə ittiham edilir.

Belə ki, o, idarənin saxlanılması üçün ayrılan büdcə vəsaitindən 64 min manatı mənimsəyərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edib. 

Buna görə V.Kərimova qarşı Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açılıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ