RU
Kəndirdən asılı halda tapılan Mədinənin günlüyü ortaya çıxdı: Əri... - FOTOLAR
16:30
827

Kəndirdən asılı halda tapılan Mədinənin günlüyü ortaya çıxdı: Əri... - FOTOLAR

Hatayda kəndirdən asılı halda tapılan və intihar etdiyi iddia edilən 37 yaşlı Mədinə Karanın günlüyü tapılıb. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəxtsiz qadının əri Əhməd Kara tərəfindən döyüldüyü və işgəncələrə məruz qaldığı ortaya çıxıb. 

37 yaşlı qadının bacısı Nuray Dəyirmənçi Mədinə Karanın intihar etmədiyini və əri tərəfindən öldürüldüyünü söyləyib: "Hər kəs günlüyündə yaşadığı xoş hadisələri yazarkən mənim bacım gördüyü işgəncələri yazıb. Hadisəni intihar kimi qələmə vermək üçün əri onu iplə asıb. 
Tapdığımız günlüyü istintaqa təslim edəcəyik”. 

Qeyd edək ki, Mədinə Kara 2017-cı ildə evində asılı tapılıb. Ancaq bədənindəki qızartı və göyərmələr diqqət çəkib. Ancaq ekpertiza nəticəsinə görə, 37 yaşlı qadın intihar edib.

Kəndirdən asılı halda tapılan Mədinənin günlüyü ortaya çıxdı: Əri... - FOTOLAR
Kəndirdən asılı halda tapılan Mədinənin günlüyü ortaya çıxdı: Əri... - FOTOLAR
Kəndirdən asılı halda tapılan Mədinənin günlüyü ortaya çıxdı: Əri... - FOTOLAR
Kəndirdən asılı halda tapılan Mədinənin günlüyü ortaya çıxdı: Əri... - FOTOLAR

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ