Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş, son istehlakçıya gedib çatdırılmasınadək maraqlı olan qruplar bir araya gətirilərək maliyyələşdiriləcək.
Bu barədə 7News.Az saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, nazirlik və Dünya Bankı bununla bağlı birgə layihə həyata keçirəcək. Layihəyə əsasən, dəyər zəncirləri yaradılacaq. Rəqabətə davamlı məhsul istehsalı və tədarükü üçün Azərbaycana məxsus müasir model yaratmaq nəzərdə tutulub. Yaxın günlərdə xidmət təminatçısı dəyər zəncirlərini formalaşdıran qrupları seçib bir araya toplamaq üçün fəaliyyətə başlayacaq. Ölkə ərazisində rəqabətə davamlı dəyər zəncirləri qurmaq məqsədi ilə ən azı 20 məhsuldar tərəfdaşlıq təşkil etmək nəzərdə tutulur. Bu dəyər zəncirlərinin ən azı 60%-də məhsuldarlığın dayanıqlı artımının təmin edilməsi qarşıya məqsəd qoyulub.
Amma layihəyə ayrılan maliyyənin məbləği açıqlanmayıb.








