Keniya prezidenti Uilyam Ruto ölkəsinin bir neçə ay ərzində bütün ölkələrə viza azadlığı verməyi planlaşdırdığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, paytaxt Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxış edən Ruto Keniyanın bəşəriyyətin ilk məskənlərinə ev sahibliyi etdiyinə diqqət çəkərək, buranı ziyarət edənlərdən viza istəməyin doğru olmayacağını bildirib.
7NEWS.az








