Keniyada həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyü iddiası ilə iyul ayından bəri nəzarətdə olan şübhəlinin polis bölməsindən qaçdığı açıqlanıb.
7NEWS.az xəbər verir ki, Şərqi Afrika ölkəsi Keniyada həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf etdiyi iddia edilən şübhəli paytaxt Nayrobidə saxlandığı polis bölməsindən qaçıb. Əvvəllər karxana olan, lakin hazırda zibillik kimi istifadə edilən Kware-də 6 qadın cəsədi tapıldıqdan sonra iyul ayında saxlanılan Collins Jumaisi-nin 12 Eritreya vətəndaşı ilə Gigiri polis bölməsindən qaçdığı açıqlanıb.
7NEWS.az








