RU
Keniyada aclıq dini hadisəsində ölənlərin sayı 73-ə çatıb
17:08
25

Keniyada aclıq dini hadisəsində ölənlərin sayı 73-ə çatıb


7NEWS.az xəbər verir ki, Keniyada "aclıq kultu” hadisəsi ilə bağlı istintaq davam edir. Polisin verdiyi açıqlamaya görə, Keniyanın şərqində bir meşədə kütləvi məzarlıqda daha 15 nəfərin cəsədi tapıldıqdan sonra ümumi can itkisinin 73-ə yüksəldiyi bildirilib. Bildirilib ki, cəsədlərin ailələrə çatdırılması üçün polisin şəxsiyyətlərin müəyyənləşdirilməsi istiqamətində iş davam edir. Polisin verdiyi məlumata görə, 14 din üzvü saxlanılıb. Keniya Qırmızı Xaç Cəmiyyəti itkin düşən 112 nəfərin hələ də tapılmadığını açıqlasa da, səlahiyyətlilər 33 nəfərin təriqətdən xilas edildiyini açıqlayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ