RU
Kəpənək tennisçinin elə yerinə girdi ki... - VİDEO
22:45
600

Kəpənək tennisçinin elə yerinə girdi ki... - VİDEO

Tennis üzrə Avstraliya açıq çempionatında qeyri-adi hadisə yaşanıb.

7news.Az apasport.az-a istinadən xəbər verir ki, Böyük Britaniya idmançısı Yohanna Konta birinci mərhələnin oyunu zamanı maraqlı vəziyyətlə üzləşib.

Belçikalı Kirsten Flipkenslə qarşılaşma zamanı kortda peyda olan kəpənək Kontanı çaşbaş salıb. Belə ki, kəpənək tennisçinin ətəyinin altına girib.
 
Topu oyuna daxil etməyə hazırlaşan britaniyalı "çağırılmamış qonağ"ı qovmaq üçün ətəyini də yuxarı qaldırıb. Yohanna kəpənəyin olmadığını görəndən sonra topu oyuna daxil edib. Bununla, idmançı tribunaların gülüş mənbəyinə çevrilib.
 
Qeyd edək ki, Kontanın qələbəsinə kəpənək də mane ola bilməyib. Turnirin 9-cu reketkası olan britaniyalı 7:5, 6:2 hesabı ilə qalib gəlib.
 
7news.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:

Kəpənək tennisçinin elə yerinə girdi ki...


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ