Dünən UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinə start verilib.
7News.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Kəpəz" Bakıda Moldovanın "Daçiya" klubunu qəbul edib.
Matçın birinci hissəsi Gəncə təmsilçisinin üstünlüyü şəraitində keçməsinə baxmayaraq, hesab açılmayıb. Görüşün ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda real qol vəziyyətlərindən yararlana bilməyib.
Görüş qolsuz bərabərliklə başa çatıb.








