Kərbəlada Ərbəin yürüşündən qayıdan zəvvarların avtobusları partladılıb.
7news.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtobuslar Şomali kəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində dayanan zaman yaxınlıqdakı bomba yüklü maşın partladılıb. Hadisə nəticəsində 100 nəfər həlak olub, 40-a yaxın adam yaralanıb. Hücumu İŞİD terror qruplaşması üzərinə götürüb.








