Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.
SOSİUM.az unikal.org-a istinadən xəbər verir ki, RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır.








