RU
Kərkük küçələrində türkcə lövhələr asıldı
15:40
124

Kərkük küçələrində türkcə lövhələr asıldı


İraqın Kərkük şəhərində türk dili rəsmi dil olaraq qəbul edildikdən sonra hökumət binalarında və küçələrdə türkcə lövhələr öz yerini alıb.

7NEWS.az xəbər verir ki, Kərkük valisi Rakan Əl-Cuburinin verdiyi rəsmi qərardan sonra bütün rəsmi ofislərdə, eləcə də hava limanında və əsas küçələrdə türk lövhələri asılıb. İşarələrdə dörd dil birlikdə istifadə olunub. Kərkük Valiliyinin Media və Kommunikasiyalar üzrə məsul işçisi Mervan El-Ani bildirib ki, Kərkükdə 250 rəsmi ofisdə ərəb, kürd və suriyalı ilə yanaşı türkcə yazılar olan lövhələr asılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ