Kərkük vilayətinin qərbindəki Havice və ətrafındakı mövqelərə yerləşən İŞİD terrorçularına qarşı əməliyyat başlayıb.
Səhər saatlarında başlayan əməliyyat nəticəsində terrorçu qruplaşmanın üzvləri təslim olur. Son olaraq 250 terrorçu həbs edilib.
Baş nazir Heydər əl-İbadi "Kərkükün qərbindəki bütün bölgələri xilas etmək üçün əməliyyatın ikinci mərhələsinə başladıq"-deyə açıqlama verib.
Yerli mətbuat 200-dən çox terrorçunun Abbasid və ətrafında təslim olduğunu yazıb. Son bir həftə ərzində təslim olan İŞİD-çi sayı 600-ü ötüb./olke.az
7news.Az








