RU
Kərkükdə istilər səbəbindən dövlət qurumlarında iş saatları qısaldılıb
16:00
34

Kərkükdə istilər səbəbindən dövlət qurumlarında iş saatları qısaldılıb


İraqın Kərkük şəhərində havanın temperaturunun 50 dərəcə civarında olması səbəbindən dövlət qurumlarında iş saatlarının 07.00-13.00 arası olacağı bildirilib.

7NEWS.az xəbər verir ki, Kərkük Valiliyinin mətbuat katibi Mervan əl-Ani, AA müxbirinə verdiyi açıqlamada, ölkə daxilində və Kərkükdə yaşanan həddindən artıq istilərin dövlət qurumlarında tədbir görülməsinə səbəb olduğunu söylədi. Kərkükdə termometrlərin 50 dərəcə göstərdiyini bildirən Ani hökumətin və Kərkük yerli rəhbərliyinin yeni tənzimləmə ilə iş saatlarını qısaltmağa qərar verdiyini qeyd edib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ