RU
Kerri daha siyasətlə məşğul olmayacaq
02:01
332

Kerri daha siyasətlə məşğul olmayacaq

ABŞ-ın dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasına son qoyacağını bəyan edib.     

Bunu o Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.   

Qeyd edək ki, 73 yaşı olan C.Kerri 2013-cü ilin fevralında dövlət katibi vəzifəsinə təyin edilib və yanvarın 20-də Barak Obama administrasiyası ilə birlikdə istefa verəcək.

Kerri 30 il Massaçusets ştatından senator olub. 2004-cü ildə prezident seçkilərində ikinci müddətə seçilən Corc Buşa məğlub olub./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ