Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında növbəti telefon danışığı olub.
Venesuelada Qoşulmama Hərəkatının 17-ci sammitində iştirak edən Türkiyə XİN rəhbəri ilə telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Bu barədə diplomatik mənbələrdən daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, tərəflər Suriyadakı vəziyyəti, ölkəyə humanitar yardımların vaxtında çatdırılması məsələlərini müzakirə ediblər./qafqazinfo
7news.Az








