RU
Kerri ilə Lavrov görüşü başladı
13:31
1239

Kerri ilə Lavrov görüşü başladı

Moskvada Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.

7News.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Con Kerri Brüsseldə baş verən terror aktından da danışıb:

“Bütün ölkələr İŞİD və esktremizmə necə son qoymaq haqda düşünməlidir.

Rusiya və ABŞ arasında atəşkəslə bağlı əldə edilən əməkdaşlıq sayəsində Suriyada təzyiqin səviyyəsi bəzi rəqəmlərə görə 80 faizə qədər azalıb.

Biz həqiqətən də, nümayiş etdirə bilərik ki, bizim kimi iki qüdrətli güc bir sıra məsələlərdə fikir ayrılığına baxmayaraq, əməkdaşlıq edə bilər”

Qeyd edək ki, Kerri ötən gün Moskvaya ikigünlük səfər üçün gedib. Bu, amerikalı diplomatın il ərzində Rusiyaya üçüncü səfəridir.

Hazırda görüşdə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland da iştirak edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ