RU
Kerri Lavrova zəng etdi
23:48
191

Kerri Lavrova zəng etdi

ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat yayılıb.

“Xarici siyasət idarələrinin rəhbərləri Suriyada münaqişənin nizamlanmasına dair məsələləri, Donbasdakı vəziyyət və ikitərəfli münasibətlərə dair müxtəlif məsələləri müzakirə ediblər”, məlumatda deyilir.

Rusiya – ABŞ münasibətlərinə toxunan S.Lavrov bildirib ki, ABŞ-ın rəsmi Moskvaya qarşı sanksiya təzyiqlərinin artırmasının perspektivi yoxdur./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ