Komandanlığın təhvil verilmə mərasimi 2016-cı ilin yazında olacaq.
NATO-nun şurası ABŞ generalı Kertis Skaparottinin alyansın Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı təyin olunmasını bəyənib.
Bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, general Skaparotti onun təsdiq olunma prosesi ABŞ-da başa çatandan sonra vəzifəsinin icrasına başlayacaq və NATO-nun Avropada BSQ-nin baş komandanı general Filip Bridlavı əvəz edəcək.
Qeyd olunur ki, hazırda general Skaparotti ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada komandiridir.
Avropada NATO BSQ-nin komandanlığının Bridlavdan Skaparottiyə verilməsi mərasimi 2016-cı ilin yazında olacaq./oxu
7news.Az








