Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 24-də Ağdam rayon sakini Mütalif Məmmədov Oğuz şəhəri ərazisindəki meşə sahəsində kəsdiyi ağac üzərinə düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır./azvision.az
7news.Az








