Kəşfiyyat və ordu birgə əməliyyat keçirdi - PKK liderləri məhv edildi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə Silahlı Qüvvələrinin birgə əməliyyatı nəticəsində PKK liderlərindən Cəmil Bayıkın ən yaxın adamlarından olan Rıza Altun və onun dəstəsi məhv edilib.
Kandilə hava əməliyyatı nəticəsində terrorçular öldürülüb.
Məhv edilən terrorçular arasında Qıza Altunla yanaşı PKK-nın "xarici əlaqələr üzrə nümayəndəsi” "Navdar” kod adlı Mikail Özdemir, PKK-nın "sözçüsü "Serhat Varto” kod adlı Əmrullah Dursun və terror təşkilatının "Kandil üzrə nümayəndəsi” "Sinan Sor” kod adlı Əli Aktaş da var.
MİT Rıza Altunun Kandilin İran sərhədinə yaxın bölgədə toplantı keçiriləcəyi haqqında məlumat əldə olunub. Daha sonra MİT və TSK birgə əməliyyat keçirərək, terrorçuları məhv edib.