"Pasiyentlərinizə keyfiyyətli dolğulardan istifadə edin və onlara cavanlıqlarını qorumaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini bildirin” – Sevilya universitetinin biokimya kursunun direktoru professor Antonio Ayala azərbaycanlı həkim-kosmetoloqlara belə müraciət edib. Hayal Estetika və Məsləhətçilik şirkətinin Azərbaycanda ilk dəfə keçirdiyi nanotexnologiya əsaslı innovativ dolğulara həsr edilmiş konfransda yaşlanmanın kimyasından danışan avropalı alim dərinin tərkibindəki nəmliyi saxlayan təbii məhsullarla gənclik təravətini uzun müddət saxlamaq mümkün olduğunu deyib.
Konfransa dəvət edilmiş digər spikerlər - İspaniya Anti-Age Tibbi Assosiyasinin – SEMAL-ın prezidenti Dr. Xose Serres, JBP-V-LİFT Pro şirkətinin elmi rəhbəri Dr.İsidro Rebelo, JBP Avropa ofisinin bashchisi ve beynelxalq spikeri Dr.Vicenta Llorca müasir kosmetik tibbdə istifadə edilən nanotexnologiya əsaslı dolğulardan, bədənin müxtəlif hissələrinə tətbiq edilən dolğuların fərqlərindən danışıblar. Dünyada ilk və yeganə nanotexnologiya əsaslı dolğu olan Yaponiya istehsallı JBP-nanolink dolğularının üstünlüklərinə diqqət çəkən avropalı alim-həkimlər cərahiyyə müdaxiləsi olmadan estetik əməliyyat etmək üçün JBP-nanolinklərin ideal vasitə olduğunu qeyd ediblər. Avropada tanınmış estetik klinikaların rəhbərləri olan mütəxəssislər həm də öz təcrübələrində bu dolğulardan necə istifadə etdiklərini azərbaycanlı həmkarlarına nümayiş etdiriblər.
JBP Nanolink dolgularinin Azərbaycanda rəsmi təmsilçisi olan Hayal Estetika və Məsləhətçilik şirkətinin icrachi direktoru Aynur Saqiyeva bildirib ki, dunyada Top 4-də yer alan, ilk ve tek nano texnologiya esasinda hazirlanan , 100% guvənli Yaponiya dolgularindan istifade etmekle tebii gozelliyinizi qorumuş olacaqsiniz . JBP Nanolink dolğularinin fərqi ise digər tebii dolğulara nisbətən daha uzun muddət qalmasıdır .
Təşkil edilən konfransin keçirilməsində ölkənin məşhur estetika və gözəllik mərkəzləri, klinikalar dəstək verib. Tədbirin sponsorları Arash Shirketi, Estethica gözəllik mərkəzi, ZNK şirkəti, NB Lazur 211 tibb mərkəzi, BTL aesthetics, Gozel Qadın dünyası idi.
Tədbirdə 400 nəfərədək həkim-kosmetoloq, dermatoloq ve plastik cerrah iştirak edirdi.








