İngiltərə Premyer Liqasında 2015/2016 mövsümünün ən yaxşı bombardiri olan “Tottenhem”in hücumçusu Harri Keyn "Qızıl buts" mükafatına qovuşub.
7News.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün ingilis futbolçuya layiq görüldüyü "Qızıl buts" mükafatı təqdim olunub.
22 yaşlı futbolçu ötən mövsüm vurduğu 25 qolla “Mançester Siti”dən Serxio Aquero (24) və “Lester”dən Ceymi Vardini (24) geridə qoyub.
Qeyd edək ki, Keyn 21-ci əsrdə Premyer Liqada ən yaxşı bombardir adını qazanan ilk ingilis futbolçu kimi tarixə düşüb.








