RU
12:30
353

"Kiçik rolum olmuşdu, dadı damağımda qaldı”

Hande Doğandemir tarixi hadisələri əks etdirən bir serialda çəkilmək istədiyini söyləyib.

7News.Az axşam.az-a istinadən bildirir ki, qatıldığı bir dəvətdə jurnalistlərin suallarına cavab verən aktrisa "Tarixi hadisələri əks etdirən seriallarda çəkilmək istəyirəm. "Muhteşem Yüzyıl" serialında kiçik rolum olmuşdu, dadı damağımda qaldı" deyib.

Son çəkildiyi "Yüzleşme" serialının ekranlara erkən vidasına təəssüfləndiyini deyən Doğandemir "Serialların tez bitməyinə öyrəşmişik, biz çox inandıq, lakin tamaşaçı qəbul etmədi" deyə, sözlərinə əlavə edib.

 

Aktrisa serialdakı tərəf müqabili Engin Öztürklə sevgili olması iddialarına isə "Elə bir şey yoxdur. Serialda birlikdə çəkildiyimiz həmkarlarımızla belə xəbərlərin çıxmasına öyrəşmişik" deyə, cavab verib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ