7NEWS.az xəbər verir ki, ABŞ-ın Havay ştatında bazar günü yenidən aktivləşən Kilauea vulkanında vulkanik fəaliyyət davam edir. ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada vulkanın 10-15 metr yüksəkliyə lava püskürdüyü bildirilib. Havay Fövqəladə Hallar İdarəsi vulkandan gələn lava axınının yerli əhali üçün təhlükə yaratmadığını açıqlayıb və nəticədə yaranan kül və tüstünün tənəffüs yollarının pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
7NEWS.az








