RU
Kilauea vulkanı aktivləşdi
15:50
62

Kilauea vulkanı aktivləşdi


7NEWS.az xəbər verir ki,ABŞ-ın Sakit okeanında Havay arxipelaqında yerləşən Kilauea vulkanı aktivləşib.
ABŞ Geoloji Xidməti (USGS) tərəfindən edilən açıqlamada dünən günortadan sonra aktivləşən vulkanda lava axınının krater dibi ilə məhdudlaşdığı bildirilib.
Qeyd edilib ki, Havay adalarının ən aktiv vulkanı olan Kilauea vulkanının krater döşəməsinin səthində lava axınları nəticəsində çatlar əmələ gəlib. Havay Fövqəladə Hallar İdarəsi vulkandan gələn lava təhlükəsinin yerli əhali üçün təhlükə yaratmadığını bildirərkən, vulkan qazı və parçalarının tənəffüs problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıqlar edilib.
Bundan əlavə, bu ilin yanvar və iyun aylarında da aktivləşən Kilauea vulkanı üçün xəbərdarlıq rəng kodu narıncıdan qırmızıya artırılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ