RU
Kim Çen İn məqsədini açıqladı —
13:50
531

Kim Çen İn məqsədini açıqladı — "ABŞ-la eyni güc balansına sahib olmalıyıq"

Şimali Koreya lideri Kim Çen İn yeni bəyanatla çıxış edib.

Bəyanata əsasən, rəsmi Vaşinqtonu Koreya yarımadasındakı böhranı güc vasitəsilə həll etməkdən daşındırmaq üçün Şimali Koreya Xalq Respublikası ABŞ-la eyni gücə sahib olmaq niyyətindədir.

Bəyanatda deyilir: "Bizim əsas məqsədimiz güc balansına çatmaqdır. Bununla da ABŞ hökumətini ölkəmizə qarşı hansısa hərbi həll imkanı barədə sərsəmləmələrinə son qoymağa məcbur edəcəyik".

Kim Çen İn həftənin cümə günü keçirilən raket sınaqlarına şəxsən özü rəhbərlik edib. "Xvason-12" ballistik raketi Yaponiyanın üzərindən keçərək Sakit Okeana düşüb./olke.az
 
7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ